Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir
25.08.2020 11:38
  • A-
  • A
  • A+

“Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə hazırladığı “Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir.

Naxçıvan Bölməsində sözügedən nəşrin hazırlıq vəziyyəti ilə bağlı iclas keçirilib.

Tədbirdə layihənin ideya rəhbəri, AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Naxçıvan ədəbi mühitini əhatə edən irihəcmli, fundamental bir əsərin çap olunmasının zəruri ehtiyacdan doğduğunu qeyd edib. Bildirib ki, Naxçıvan ədəbi mühitini bütün mərhələləri və xüsusiyyətləri üzrə təfərrüatlı, əhatəli çap etmək Azərbaycan elmi, xüsusilə naxçıvanşünaslıq qarşısında vacib bir məsələ kimi dayanır və nəşrin hazırlığı üzərində artıq bir neçə müddətdir işlər davam etdirilir.

Monoqrafiyanın ərsəyə gəlməsi və işıq üzü görməsi üçün elm adamları fəallıqla çalışırlar. Vəsait Naxçıvan ədəbi mühiti ilə bağlı ən müxtəlif məsələləri - Naxçıvanda qədim mədəniyyətin izləri, ədəbi mühitin inkişaf mərhələləri, qədim və orta əsrlərdə Naxçıvanda ictimai fikir və ədəbi mühit, yeni və müasir dövrdə, müstəqillik illərində Naxçıvanda ədəbi mühit, ayrı-ayrı görkəmli şəxsiyyətlər, onların həyat və yaradıcılıq yolu və s. kimi məsələləri əhatə edəcək, - deyə akademik vurğulayıb.

Sonra akademik İsa Həbibbəyliyə monoqrafiyanın ayrı-ayrı bölmələri və mövzuların hazırlıq vəziyyəti ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, artıq mövzuların yarıdan çoxu yazılıb, bir qisminin üzərində isə hazırlıq işləri davam etdirilir.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevƏdəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,dosent Ramiz Qasımov məsələ ətrafında çıxış edərək öz fikirlərini bildiriblər.

Sonda qarşıda duran vəzifələr istiqamətində işlərin həyata keçirlməsinin sürətləndirilməsi tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: