Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın gənc alimi ABŞ-da çap olunan jurnalın redaksiya heyətinin üzvü seçilib
27.08.2020 11:28
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimi ABŞ-da çap olunan jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə ABŞ-da nəşr edilən “Siyasi elmlər və beynəlxalq münasibətlər jurnalı”nın redaksiya heyətinin üzvü seçilib.

Jurnaldan gələn dəvətə uyğun olaraq müvafiq məlumatları təqdim edən gənc alimə avqustun 24-də redaksiya heyətinin üzvlüyünə qəbul haqqında təsdiq məktubu və müvafiq sertifikat göndərilib, haqqında məlumatlar nəşrin saytına əlavə edilib.

Qeyd edək ki, “Siyasi elmlər və beynəlxalq münasibətlər jurnalı”nda (JPSIR) siyasi elmin ən son yeniliklərinə aid orijinal tədqiqat işləri dərc olunur. Jurnala əsasən müqayisəli siyasət, beynəlxalq münasibətlər, siyasi nəzəriyyə, dövlət idarəçiliyi, dövlət siyasəti və siyasi metodologiya istiqamətləri üzrə məqalələr qəbul edilir. Hazırda jurnalın redaksiya heyətinin ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Almaniya, Cənubi Koreya, Kanada, İspaniya, Portuqaliya, İtaliya, Türkiyə, Polşa, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Avstraliya, Malayziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Braziliya və başqa ölkələrdən olmaqla 74 nəfər üzvü var. Jurnal “Academic Resource İndex”, “Eurasian Scientific Journal İndex” və “CrossRef” bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: