Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Oksigenli üzvi birləşmələr kimyası” monoqrafiyası işıq üzü görüb
27.08.2020 11:37
  • A-
  • A
  • A+

“Oksigenli üzvi birləşmələr kimyası” monoqrafiyası işıq üzü görüb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, professor Füzuli Nəsirov, dosentlər Lalə Əfəndiyeva və Nigar Rzayevanın həmmüəllifi olduğu “Oksigenli üzvi birləşmələr kimyası” monoqrafiya çapdan çıxıb.

Monoqrafiyada oksigenli üzvi birləşmələr kimyasına aid terminlər və konsepsiyalar hər bir bölmə üzrə ayrılıqda əksini tapıb. Eyni zamanda oksigenli üzvi birləşmələr kimyasının əsas istiqamətləri barədə ümumi məlumat, bəzi əsas reaksiyaların mexanizmləri və reaksiya nümunələri də təqdim edilib.

Oksigenli üzvi birləşmələr kimyası sahəsində akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaranmış elmi məktəblərin tədqiqatlarının nəticələri də təhlil olunaraq sistemli şəkildə verilib.

Təqdim olunmuş monoqrafiya “Neft kimyası”, “Kimya texnologiyası və mühəndisliyi”, “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisasları üzrə doktoranturaya qəbul imtahanları, minimum imtahanları verən doktorant və dissertantlar üçün nəzərdə tutulub. Kitabdan kimya, kimya mühəndisi, mühəndis texnoloq ixtisasları üzrə bakalavr, magistr təhsili alan tələbələr, eyni zamanda müəllimlər də dərs vəsaiti kimi istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: