Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəkidə yaşayan azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı tədqiqatlar aparılıb
28.08.2020 14:21
  • A-
  • A
  • A+

Şəkidə yaşayan azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı tədqiqatlar aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) bu ilin ötən dövrü ​ərzində Şəki rayonunun ərazisində yaşayan azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı aparılan folklor toplama işləri və tədqiqatların nəticələrinə dair seminar keçirilib.

Tədbirdə mərkəzin Foklorşünaslıq və el sənətləri şöbəsi tərəfindən əldə olunan materiallar barədə slaydlar təqdim edilib. Kiçik elmi işçi Tural Adışirinov ərazidə yaşayan digər azsaylı xalqların folklorunun Azərbaycan folkloru ilə oxşar və fərqli cəhətləri barədə məlumat verib. Şöbənin digər əməkdaşı Namiq Abdurahmanov azsaylı xalqların mərasim və mövsüm folkloru, mətbəx mədəniyyəti və s. haqqında əldə edilən faktları iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda həmin mərasimlərin keçirilməsinə dair şöbənin əməkdaşları tərəfindən hazırlanan sənədli film də təqdim olunub.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək Azərbaycanın tarixən tolerant və multikultural bir dövlət olduğunu bildirib, elmi mərkəzin azərbaycanlılarla yanaşı, bölgədə yaşayan azsaylı xalqların da folklorunu öyrənməkdə maraqlı olduğunu vurğulayıb, gənc tədqiqatçılara öz tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: