Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq topluda akademik Nailə Vəlixanlı ilə müsahibə dərc edilib
02.09.2020 12:35
  • A-
  • A
  • A+

Beynəlxalq topluda akademik Nailə Vəlixanlı ilə müsahibə dərc edilib

Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Форум плюс” toplusunda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə müsahibə dərc edilib.

“Birliyin ulduzları” mükafatının laureatları bölməsində “Bir alim üçün onun əsərlərinə təlabatın olması vacibdir” başlıqlı müsahibədə muzeyin ekspozisiya zalları, fondları və beynəlxalq əlaqələrindən söz açılıb. Bundan əlavə, qurumun 100 illik yubileyinə hazırlıq işləri, akademikin şərqşünaslıq və muzeyşünaslıq sahəsindəki elmi yaradıcılığı barədə oxucuya məlumat verilib.

Qeyd edək ki, akademik Nailə Vəlixanlı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birliyin ulduzları” mükafatına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: