Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan əsərlərin virtual sərgisi açılıb
03.09.2020 09:33
  • A-
  • A
  • A+

“Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan əsərlərin virtual sərgisi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan əsərlərin virtual sərgisi təşkil edilib.

Sərgidə “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 33 kitabın elektron versiyası nümayiş olunur. Həmçinin burada əsərlərin dəyərindən bəhs edən, müxtəlif mətbuat orqanlarında və internet saytlarında dərc olunan yazıların bəzilərinin elektron versiyaları da oxucuların diqqətinə çatdırılır.

Virtual sərgidə əsas məqsəd gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasında, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin aşılanmasında mühüm rola malik kitabların oxuculara daha rahat və əlçatan olmasını təmin etməkdir.

Ziyarətçilər sözügedən kitabları PDF formatda da əldə edə bilərlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: