Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlişir Nəvainin əsri və nəsri” kitabı işıq üzü görüb
03.09.2020 14:25
  • A-
  • A
  • A+

“Əlişir Nəvainin əsri və nəsri” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyası çərçivəsində 11-ci kitab - “Əlişir Nəvainin əsri və nəsri” çap olunub.

Dahi sənətkarın elmi-filoloji, dini-təsəvvüfi əsərlərinin məzmun şərhi və mətn tərcümələrinin təqdim edildiyi nəşrin müəllifi institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır.

Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli qərarı ilə işıq üzü görən vəsaitin elmi redaktorları AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəyli və Özbəkistanın Nəvaişünas alimi, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur.

Monoqrafiya akademik İsa Həbibbəylinin “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı əhatəli “Ön söz”ü ilə nəşr edilib. Kitabın rəyçiləri filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə doktoru Akif Azalpdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır.

Nəşrin ilk fəsli “Əlişir Nəvai: dövrü, həyatı və yaradıcılığından səhifələr” adlanır.

Kitabda tədqiqatın mahiyyətini ifadə edən ingilis dilində geniş xülasə, ədəbiyyat siyahısı, müəllifin Əlişir Nəvai, özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı ilə bağlı yazdığı kitablar və məqalələr də təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: