Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Kamal Abdullayevin “Dədə Qorqud poetikasına giriş” kitabı Türkiyədə çap olunub
07.09.2020 10:03
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevin “Dədə Qorqud poetikasına giriş” kitabı Türkiyədə çap olunub

Xalq yazıçısı, akademik Kamal Abdullayevin “Dədə Qorqud poetikasına giriş. Dansökülən variant” kitabı Türkiyədə çap olunub.

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir.

Nəşrin tərcüməçisi və “Ön söz”ün müəllifi Əli Duymazdır. O, kitabı son dövrlərdə Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayılan Kamal Abdullayevin “Gizli Dədə Qorqud” seriyasından çap olunan “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud “Gizli Dədə Qorqud”, “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal yaradıcılıq nümunəsi kimi xarakterizə edib.

Akademik Kamal Abdullayevin bu fundamental tədqiqatı müasir türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm də türkologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: