Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Meşələrin qorunması ilə bağlı layihənin müzakirəsi aparılıb
14.09.2020 11:41
  • A-
  • A
  • A+

Meşələrin qorunması ilə bağlı layihənin müzakirəsi aparılıb

Sentyabrın 10-da Qafqaz Regional Ekoloji Mərkəzinin AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə birgə həyata keçirdiyi “Qafqaz regionunda meşələrə ümumi baxışa təşviq” adlı layihəsinin onlayn müzakirəsi baş tutub.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və elmi katib, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova iştirak ediblər.

Akademik Ramiz Məmmədov çıxışında diqqətə çatdırıb ki, Azərbaycan ərazisinin 11 faizini təşkil edən meşələrin 85 faizi dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, su təmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malik olduğuna görə onların qorunması, dövlət tərəfindən mühafizəsi çox böyük önəm daşıyır. O, Prezident İlham Əliyevin meşə zolaqlarının salınmasına diqqət yetirilməsinin vacibliyini dəfələrlə vurğuladığını söyləyib.

Daha sonra tədbirdə layihənin texniki ekspert qrupunun yaradılması məsələsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: