Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.09.2020 13:56
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub

AMEA-nın Humanitar Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2020-ci ildə birinci sayı nəşr olunub.

Jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Nəşrin yeni sayı akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası” məqaləsi ilə açılır. Məqalə Rəsul Rzanın 110 illiyinə ithaf edilib.

Vəsaitin baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Maral Poladova, məsul katibi Həlimə Mehdiyevadır.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mətbuat tarixi və publisistika”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: