Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun Elmi şurasında çapa təqdim edilən kitablar müzakirə olunub
14.09.2020 17:31
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun Elmi şurasında çapa təqdim edilən kitablar müzakirə olunub

Sentyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbir karantin dövrünün tələblərinə uyğun təşkil edilib. Elmi şuranın iclasında institut əməkdaşlarının çapa təqdim olunan kitabları müzakirə edilib, eyni zamanda, bir sıra cari məsələlərə baxılıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşları karantin dövründə də səmərəli elmi fəaliyyətlərini davam etdirib, elmi plan işləri, məqalələri üzərində işləyib, bir neçə əməkdaş kitablarını çapa hazırlayıb. Bu kitablardan çapa hazırlanmış dördü Elmi şurada müzakirə edilib. Bunlar institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlının “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirovanın “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)”, Təhsil şöbəsinin müdiri Lalə Bayramovanın “Əyyamü-l-arab” cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi” və Mərkəzi Asiya şöbəsinin aparıcı elmi işçisi Rauf Qarayevin “Postsovet dövründə Mərkəzi Asiyada təhlükəsizlik problemləri” adlı monoqrafiyalardır. Bu kitablar Elmi şura tərəfindən təqdir edilərək çap olunması məsləhət bilinib.

İclasda, həmçinin digər cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: