Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə Bilik Günü ilə bağlı onlayn tədbir keçirilib
15.09.2020 13:59
  • A-
  • A
  • A+

Muzeydə Bilik Günü ilə bağlı onlayn tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 15 sentyabr – Bilik Gününə həsr olunan onlayn tədbir keçirilib.

Yığıncaqda muzeyin əməkdaşları, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, ümumi təhsil məktəbləri, gimnaziya və liseylərin müəllim və şagird heyəti iştirak edib.

Tədbiri muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıb, ölkə başçısının 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanda 15 sentyabrın Bilik Günü elan olunduğunu bildirib.

Sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşları Xədicə Hüseynova “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi” və Sara Əhmədova faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan “Azərbaycan II Dünya müharibəsi illərində” adlı virtual ekskursiyanı təqdim ediblər.

Virtual ekskursiyalar şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: