Rusiya Elmi İstinadların İndeksləşməsi (RSCI) bazası 2019-cu il üçün RSCI-yə daxil olan jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir nəşrin bibliometrik nəticələrini elan edib.
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun həmtəsisçisi olduğu “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən RSCI bazasına daxildir və 2017-ci ildən bu bazada indeksləşdirilir. 2018-ci ildən isə RSCI-nin nüvəsinə daxil edilib. 2020-ci ildə elan olunan nəticələrə əsasən, jurnal RSCI-nin analiz parametrləri üzrə əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib.
2018-ci ilə nisbətən 2019-cu ildə “Kimya Problemləri” jurnalı 30 pillə irəliləyərək, 77-ci yerdən 47-ci yerə yüksəlib.
Qeyd etmək lazımdır ki, jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib.
Jurnal rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.