AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Bakı yarusu (Bibiheybət qəs. yaxınlığı), Ağburun (Lökbatan qəs.), Bakı qulağı (Puta qəs.) və Xəzər sahili (Sanqaçal qəs. yaxınlığı) ərazilərində ekspedisiyada olublar.
Əsas məqsəd ərazinin flora və bitki örtüyünün yenidən işlənməsi, tamamilə istifadəsiz vəziyyətə düşmüş və müasir reallığı əks etdirməyən “Abşeron florası”nın yeni nəşrinin və “Abşeronun flora konspekti” kitabının hazırlanması üçün məlumatların toplanması olub.
Ekspedisiya zamanı aparılan tədqiqatların nəticəsi göstərib ki, burda bir sıra nadir, az rast gəlinən bitkilər inkişaf etməkdə davam edir, lakin onların yaşadığı ekoloji şərait güclü antropogen təsirlərə məruz qaldığından həmin növlərin orada yaşaması şübhə altındadır. Bu qrup bitkilərə Calligonum bakuense Litv. - Bakı cuzğunu, Astragalus igniarius M.Pop –Nitraria schoobera L növlərini aid etmək olar.
Ekspedisiya zamanı bəzi bitkilərin yeni arealları müəyyənləşdirilib, 30 bitki növündən 90 herbari nümunəsi toplanaraq fonda əlavə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.