Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində tanınmış rəssam Maral Rəhmanzadənin əsərləri qorunur
25.09.2020 10:21
  • A-
  • A
  • A+

Tarix Muzeyində tanınmış rəssam Maral Rəhmanzadənin əsərləri qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin müxtəlif janrlarda işlədiyi rəsm əsərləri saxlanılır.

Muzeyin təsviri materiallar fondundan bildirilib ki, rəsm əsərlərinə “Sabunçuda neft mədəni”, “Sumqayıt çöllərində”, “İliç buxtasında neft fontanı”, “Dənizdə neft”, “Borularla buraxılmış fontan” daxildir. Bundan başqa, fondda rəssamın “Atəşpərəstlər Suraxanıda”, “Mancanaq insanı əvəz edir”, “Vətən üçün neft”, “Bakı fasiləsiz neft verir”, “Neftlə dolu tuluqlar” və “Qazma” rəsmləri də yer alıb. Əsərlər əsasən eyni ölçüdə və hər biri litoqrafiya üslubunda işlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: