Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Seyid Cəfər Pişəvərinin həyat yoluna həsr olunan nəşr işıq üzü görüb
25.09.2020 14:07
  • A-
  • A
  • A+

Seyid Cəfər Pişəvərinin həyat yoluna həsr olunan nəşr işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 2009-cu ildə Bakıda Azərbaycan dilində, daha sonra Tehranda (İran) farsca və Trabzonda (Türkiyə) türkcə çap edilmiş “Mübarizə burulğanında keçən ömür - Seyid Cəfər Pişəvəri (Həyatı və ictimai-siyasi fəaliyyəti)” kitabı rus dilində nəşr olunub.

Kitabda Cənubi Azərbaycanın görkəmli ictimai və siyasi xadimi, mütəfəkkir ziyalısı Seyid Cəfər Pişəvərinin həyat yolu və mübarizəsindən bəhs edilir. Nəşrlə çoxsaylı mənbələr və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının çalarları, Cənubi Azərbaycanda milli-demokratik hərəkatdakı xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil edilir. Burada S.C.Pişəvərinin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, mübarizə meydanında olduğu məqamlardan, həbsxanada keçirdiyi günlərdən bəhs edilir, Pişəvəri ilə bağlı müxtəlif sənədlər, müraciətlər, məktublar, zindan dəftərlərindən xatirələr təqdim olunur.

Kitab geniş oxucu kütləsi, orta və ali təhsil müəssisələrinin şagird və tələbələri, eləcə də S.C.Pişəvəri irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: