AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının əməkdaşları Gülşən Hacıyeva və Firuzə Ağayeva Türkiyənin Mərmərə Universitetində keçirilmiş “Əlyazmaların və arxiv sənədlərinin təmirində konservasiya-bərpa tətbiqi laboratoriyaları ilə universitet əməkdaşlığı” mövzusunda onlayn beynəlxalq seminara qoşulublar.
Beynəlxalq tərbirdə G.Hacıyevanın “Milli Azərbaycan Tarixi Muzeyində qrafik əsərlərinin bərpası tarixindən” və F.Ağayevanın “Milli Azərbaycan Tarixi Muzeyinə aid kağız əşyalarının bərpa və konservasiyası inkişaf dinamikası” adlı məruzələri dinlənilib. Muzeydən bildirilib ki, seminarda iştirak edən çıxışçıların məruzələri nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.