Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Diferensial operatorların spektral nəzəriyyəsi” mövzusunda Respublika elmi konfransı öz işinə başladı
09.12.2014 00:00
  • A-
  • A
  • A+

“Diferensial operatorların spektral nəzəriyyəsi” mövzusunda Respublika elmi konfransı öz işinə başladı

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun 75 illiyinə həsr olunmuş “Diferensial operatorların spektral nəzəriyyəsi” mövzusunda Respublika elmi konfransı öz işinə başladı. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev alimin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verdi. M.Qasımovun riyaziyyat elminin inkişafı istiqamətindəki xidmətlərindən söhbət açan A.Hacıyev onun Azərbaycan ziyalılığının formalaşmasında da böyük rolu olduğunu bildirdi.

Daha sonra alimin tələbələri olmuş professor Sabir Mirzəyev və Hidayət Hüseynov çıxış edərək M.Qasımovu Azərbaycan elmini beynəlxalq miqyasda tanıtdıran simalardan bir kimi dəyərləndirərək, onunla bağlı xatirələrini bölüşdülər.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsrail, İtaliya, İspaniya, Qazaxıstan və Böyük Britaniyadan olan alim və mütəxəssislər də iştirak edirdilər.

Qeyd edək ki, üç gün davam edəcək tədbirdə müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: