Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə dair kitab çapdan çıxıb
01.10.2020 11:04
  • A-
  • A
  • A+

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə dair kitab çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, iqtisadiyyat üzrə elmlər doktoru, dosent Esma Əmir-İlyasovanın rus dilində “XX-XXI əsrlərin qovşağında Türkiyə-Azərbaycan iqtisadi əlaqələri regional və beynəlxalq əməkdaşlıq kontekstində” (Турецко-Азербайджанские экономические связи на рубеже XX-XXI вв. в контексте регионального и международного  сотрудничества) kitabı çapdan çıxıb.

Monoqrafiyada Türkiyə və Azərbaycanın xarici əlaqələrinin inkişafı və köçürülməsinə dair istinadlar siyasi-hüquqi əsasda nəzəri cəhətdən təhlil edilir. Burada həmçinin Türkiyə və Azərbaycanın idxal-ixrac mübadiləsi, o cümlədən, enerji resursları və yeni beynəlxalq indekslər araşdılırılıb. İnkişaf etmiş və sürətlə inkişaf edən ölkələrlə gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi önə çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: