Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AMEA Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclası giriş sözü ilə açan institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli həyatını fədakarcasına millətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ümummilli liderin əməllərinin əbədi olaraq yaşayacağını qeyd edib.

Sonra çıxış edən institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov dahi liderin Azərbaycan elmi, Milli Elmlər Akademiyası, o cümlədən Əlyazmalar İnstitutunun inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğulayıb. Bildirib ki, sovetlər dönəmində Əlyazmalar Fondunun institut statusu alması, müəssisəyə şəhərin mərkəzində tarixi bir binada yer verilməsi məhz ulu öndərin xidmətidir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova, institutun elmi katibi Əzizağa Nəcəfov və başqaları ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən söz açıblar, onun yürütdüyü siyasətin ölkənin parlaq gələcəyinə xidmət etdiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: