Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biz qalib gələcəyik
05.10.2020 11:58
  • A-
  • A
  • A+

Biz qalib gələcəyik

27 sentyabr tarixdə Ermənistan ordusu növbəti dəfə təxribat törədib Azərbaycan torpağına hücum etmiş, dinc əhaliyə xəsarət yetirmişdir. Şanlı ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücuma keçmişdir. Müzəffər ordumuz Azərbaycan toprpaqlarını yağı tapdağından, işğalından qurtarmaq üçün artıq bir neçə bölgəni işğaldan da azad edib. Əlbəttə, 30 ilə yaxın bir dövrdə ölkəmizin dilbər guşəsi-can Qarabağın düşmən əlində olması bizi çox ağrıdır. 1 milyon soydaşımız yurdundan-yuvasından didərgin düşüb, müqəddəs yerlər, məscidlər, pirlər, tarixi–mədəniyyət abidələrini xain qonşularımız darmadağın etmişlər.

Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğalı bizi bir daha bir xalq, millət kimi sıx birliyə, həmrəyliyə səsləyir. 1828-ci ildən çar Rusiyasının xarici ölkələrdən erməniləri gətirib Azərbaycana yerləşdirməsi ilə İrəvan, Göycə, Dilican, Zəngəzur, Uluxanlı, Vedi, Qəmərli, Ağbaba, Pənbək və sair torpaqlarımız yağı düşmən tərəfindən qəsb edilmişdir. İndi isə düşmənlərimiz Dağlıq Qarabağ və Aran Qarabağı, hətta Naxçıvanı ələ keçirməyi qarşıya məqsəd qoymuşlar, niyyətlərini gizlətmir, açıq-açığına, utanıb-çəkinmədən bəyan edir, saxta məlumatlarla, qırmızı yalanlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Çox təəssüf ki, Azərbaycanın haqq işini, öz dövlətinin ərazisini düşmən işğalından azad etmək hüququnu təsdiq etmək əvəzinə, bəzi dövlətlər, erməni işğalını müdafiə edir, atəşin dayandırılmasını tələb edirlər. Biz erməni daşnaklarının havadarlarından qorxmuruq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman Ordumuzun yanındayıq. Azərbaycan əsgərində böyük ruh yüksəkliyi var, çünki onlar Vətən uğrunda vuruşurlar. Vətəndaş olaraq Vətən uğrunda hər şeyə hazır olmalıyıq. Varımızdan-yoxumuzdan belə keçməliyik. Şəhriyar demişkən “Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan!”

Bütün varlığımla inanıram ki, bu Vətən müharibəsi qələbə ilə başa çatacaq. Qələbə bizimlədir.

Yaşasın igid əsgərlərimiz, yaşasın qəhrəman Azərbaycan Ordusu. 

Əbülfəz QULİYEV, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: