Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
06.10.2020 10:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyevin və bağın əməkdaşı b.ü.f.d. Fərid Seyfullayevin xarici həmkarları ilə birlikdə “Cənub-Qərbi Asiyada floristik nəşrlərin icmalı” adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.

“Global Ecology and Conservation” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb.

Qeyd edək ki, jurnal “Elsevier” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 2.526-dır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: