Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yolumuz zəfər yoludur!
06.10.2020 16:51
  • A-
  • A
  • A+

Yolumuz zəfər yoludur!

Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin parlaq nümunəsi oldu.

Bu günlərdə xalqımız Milli Orduya dəstəyini ifadə edir, dövlətlə xalqın bütün təbəqələri, partiya və təşkilatları indiyədək misli görünməmiş həmrəylik nümayiş etdirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının bütün əməkdaşları, o cümlədən Yüksək Texnologiyalar Parkının kollektivi də bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölgənin ən qüdrətli ordusu olduğuna və hərbçilərimizin qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadir olduğuna inanır, xalqımızın, Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir.

Akademiyanın nəzdindəki müəssisə və təşkilatların rəhbərlikləri, eləcə də əməkdaşları  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış Silahlı Qüvvələrin Yardım Fonduna ianələr edir, öz dəstəyini göstərirlər.

YT Park kollektivi də bu istiqamətdə dəstəyini ifadə edir, müəssisənin əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə aparılan haqlı mübarizəyə qatılmağa, ön sıralarda düşmənə qarşı vuruşmağa hazırdır. Artıq Parkın iki əməkdaşı səfərbərliyə cəlb olunaraq erməni qəsbkarlarına qarşı mübarizədə yaxından iştirak edir. 

Davam edən bu Vətən müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində yeni qalibiyyətlər, xalqımıza qələbə sevinci arzu edirəm!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Səxavət Rüstəmov, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini, kimya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: