Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturu təsdiq edilib
10.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturu təsdiq edilib

AMEA-da informasiya siyasətinin müasir tələblərə uyğun şəkildə qurulması, elmi informasiyanın populyarlaşdırılması sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq, Rəyasət Heyətinin 2014-cü il 15 oktyabr tarixli qərarı ilə “İctimaiyyətlə əlaqələr şöbəsi” ləğv edilib. Şöbənin bazasında AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb.

AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilən iclasında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Əsasnaməsi və strukturu təsdiq edilib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: