Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA “Gənclər üçün Prezident Mükafatı"na 8 gənc alimin namizədliyini irəli sürəcək

AMEA “Gənclər üçün Prezident Mükafatı"na 8 gənc alimin namizədliyini irəli sürəcək

Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün Prezident Mükafatı”na 8 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında qəbul olunub.

Belə bir mükafatın təsis olunmasının ümumilikdə gənclərin, o cümlədən AMEA-da çalışan gənc tədqiqatçıların potensialının reallaşdırılmasına stimul yaradacağını qeyd edən AMEA-nın akademik katibi və müxbir üzvü, professor Rasim Əliquliyev namizədlərin müvafiq Ekspert komissiyasına təqdim olunmuş 24 nəfər arasından seçildiyini və Rəyasət Heyətinə təklif edildiyini bildirib. R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabrın 1-dək Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini söyləyib.

Prezident mükafatına namizədlər AMEA Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar riyaziyyat üzrə fəlsəfə doktorları Toğrul Muradov və Rövşən Bəndəliyev, tibb üzrə fəlsəfə doktorları - Yusif Hacıyev və Pərviz Abbasov, filologiya üzrə fəlsəfə doktoruElnarə Akimova, Fizika İnstitutunun böyük elmi işçisi, dissertant Xuraman Xəlilova, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov və AMEA Botanika İnstitutunun elmi işçisi Gülnarə Balakişiyevadır.

Qeyd edək ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: