Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın II Xüsusi Şöbəsi Fəxri Fərmanla təltif edilib
11.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın II Xüsusi Şöbəsi Fəxri Fərmanla təltif edilib

Dekabrın 8-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının “Mülki müdafiə sahəsində 2014-cü tədris ilinin yekunu və 2015-ci ildə qarşıda duran əsas vəzifələr” mövzusunda toplantısı keçirilib. Mülki Müdafiə İdarəsinin tədris bazasında keçirilən iclasda Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərargah rəisləri iştirak ediblər.

Toplantıda respublikamızda sözügedən istiqamətdə görülən işlər ətrafında müzakirələr aparılıb, 2015-ci il üçün aidiyyatı nazirlik, müəssisə, idarə və təşkilatlara, tədris müəssisələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Tədbirdə AMEA-da bu sahədə görülən işlər yüksək qiymətləndirilib, 2014-cü tədris ilində Mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə AMEA-nın II Xüsusi Şöbəsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanlığının Fəxri Fərmanı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: