www.science.az
13.10.2020 12:34

Rusiyalı iqtisadçı alim: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”

Azərbaycan torpaqlarının erməni hərbçilərinin işğalından azad olunması və öz ərazi bütövlüyünün bərpası uğrunda Qarabağda apardığı uğurlu hərbi əməliyyatlarla bağlı AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun dünyanın müxtəlif ölkələrindəki həmkarlarına göndərdiyi məktublara cavablar daxil olmaqdadır.

Onlardan biri də Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Federal Tədqiqat Mərkəzinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun Regional inkişafın nəzəriyyəsi və metodologiyası şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nəbiyula Qiçievin cavab məktubudur.

Məktubda deyilir:

“Hörmətli professor Nazim Müzəffərli!

Azərbaycanda baş verənlərlə bağlı sizin müraciətinizə heç kim laqeyid qala bilməz.

Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq bütün dünyanın dürüst və nəcib insanlarının dəstəyi ilə təmin edilməlidir. Elmi ictimaiyyət bu prosesin ayrılmaz hissəsidir və biz öz tərəfimizdən, qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi məsələsinin ədalətli şəkildə həlli üçün əlimizdən gələni edəcəyik.

Müraciətiniz Rusiya Elmlər Akademiyası Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun və REA-nın Dağıstan Federal Tədqiqat Mərkəzinin əməkdaşları arasında yayılıb, müəssisəmizin stendində yerləşdirilib.

Hörmətlə, Nəbiyula Qiçiev”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.