Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşları ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiyanı imzalayıblar
13.10.2020 15:40
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşları ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiyanı imzalayıblar

Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb. Petisiyada Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təcavüz edildiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunduğu qeyd edilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşları bu müraciətə qoşulub və petisiyanı imzalayaraq ABŞ-ın Ermənistana sanksiya tətbiqini dəstəkləyiblər.

Petisiyada, həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının bu dövlətin Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Gəncədə, Tərtərdə, Xızıda və Bərdədə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb, 205 nəfər yaralanıb.

Müraciətdə Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılıb.

Petisiyanı dəstəkləmək üçün linkə daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və sign now düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: