Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub
15.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub

AMEA Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beşinci “Mobillik qrantı” müsabiqəsinin qalibi, professor Nəriman İsmayılov Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universiteti Astronomiya İnstitutunda ezamiyyətdə olub.

Səfərin məqsədi “Kosmik obyektlərin səthi fotometriyası metodunun mənimsənilməsi” layihəsini həyata keçirmək idi.

Səfər çərçivəsində Linux sistemi qurulub, MİDAS proqramı və onunla birgə işlədilən DS9 işçi proqramı hazırlanıb. Əməliyyat sistemi və həmin proqramlarla işləmək bacarığı aşılanıb. Bir neçə qalaktikanın təsvirləri üçün izofotlar qurulub, qalaktikaların diametral kəsiklərinin fotometrik təsviri alınıb, orientasiya parametrləri təyin olunub.

N.İsmayılov Sankt-Peterburq Universiteti Astronomiya İnstitutunun astrofizika kafedrasının elmi seminarında və Rusiya Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında elmi məruzə ilə çıxış edib.

Məruzələrdə Şamaxı Astrofizika Rəsədxanasında görülən işlər haqqında geniş məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: