Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.10.2020 17:34
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ordumuza növbəti dəfə zəruri tibbi ləvazimatlar və mühərrik yağlarından ibarət yardım göndərib

AMEA Yüksək Texnologiyalar Parkı ordumuza növbəti dəfə zəruri tibbi ləvazimatlar və mühərrik yağlarından ibarət yardım göndərib

Ordumuzun maddi-texniki bazasının tam təchiz olunmasına baxmayaraq, bu həssas günlərdə arxa cəbhədə olan hər kəs öz vətəndaşlıq mövqeyini bildirir, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir, müxtəlif yardımlar göstərirlər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin çağırışı ilə akademiyanın elmi müəsisə və təşkilatlarının, o cümlədən akademiyanın Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi də könüllü olaraq bu müqəddəs amal uğrunda mübarizəyə qoşulublar.

Belə ki, akademiya rəhbərliyinin tapşırığı ilə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu növbəti dəfə torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparan əsgərlərimizə, cəbhə bölgələrində yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çox sayda zəruri tibbi ləvazimatlar, eləcə də zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib. Göndərilən tibbi ləvazimatlara Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.

Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 40 000 manat olan yardım göstərilib.

Yüksək Texnologiyalar Parkının kollektivi olaraq cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla onları dəstəkləməyə hazır olduğumuzu bildiririk!

Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başlatdığı əks-hücum əməliyyatları torpaqlarımızın tam işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycan haqlı mübarizəsində zəfər çalacaq.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: