Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Muğam və müasir musiqi ifaçılığı” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məsələləri müzakirə olunub
15.12.2014 00:00
  • A-
  • A
  • A+

“Muğam və müasir musiqi ifaçılığı” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məsələləri müzakirə olunub

AMEA-da 2015-ci ilin mart ayında “Muğam və müasir musiqi ifaçılığı” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məsələləri müzakirə olunub.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada muğamşünaslıq elmi ilə əlaqədar həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, muğam festivallarının milli musiqi mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti danılmazdır. Qeyd edilib ki, 2014-cü ildə AMEA Memarlıq və İncəsənət İnstitutunda yeni yaradılmış Muğamşünaslıq şöbəsi bu istiqamətdə aparılan elmi-tədqiqatları vahid mərkəzdən əlaqələndirməyə şərait yaradır. Artıq həmin şöbə “Azərbaycan muğamşünaslığı” adlı elmi əsərlər toplusunu çapa hazırlayıb. Bundan başqa, Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış rəssam Fəxrəddin Əliyevin Azərbaycan muğam sənəti mövzusunda 80 rəsm əsərinin sərgisini açmaq və həmin rəsmlərin kitab halında nəşr edilməsini təmin etmək imkanlarından söz açılıb.

Müzakirələrdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir müxbir üzvü Muxtar İmanov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir müxbir üzvü Ərtegin Salamzadə, həmin institutun “Muğamşünaslıq” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Vahabova və başqaları çıxış edərək təklif və mülahizələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: