Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi Dədə Qorqud” dastanında türklərin hərb sənətinə dair yeni kitab
16.12.2014 00:00
  • A-
  • A
  • A+

“Kitabi Dədə Qorqud” dastanında türklərin hərb sənətinə dair yeni kitab

“Ol” nəşriyyatında Yusif Ağayev və Səbuhi Əhmədovun birgə yazdıqları orta əsr oğuz xalqları yaradıcılığının görkəmli abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında qələmə alınmış “Kitabi-Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti” kitabı rus dilində (“Voyennoye iskusstvo tyurkov v oquzskom epose “Kitabi-Dede Qorqud”) çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

İlk dəfədir ki, dastan orta əsr hərb sənətinin müxtəlif tərəflərini öyrənməyə imkan verən müstəqil mənbə kimi araşdırılır. Müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi-hüquqi məqamlara aydınlıq gətiriblər.

Tədqiqat prosesində müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət edib, müqayisəli təhlil aparıblar.

Kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: