Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda keçirilən konfransın materialları çapa hazırlanıb
26.10.2020 14:49
  • A-
  • A
  • A+

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda keçirilən konfransın materialları çapa hazırlanıb

AMEA Hüseyn Cavidin Ev Muzeyi böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid əbədiyyəti” mövzusunda II respublika elmi konfransının materiallarını çapa hazırlayıb.

Topluda ədibin həyat və yaradıcılığını müxtəlif aspektdən araşdıran maraqlı məruzələrin tam mətni yer alıb. Belə ki, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Yaşar Qarayev və Cavid romantizmi”, filologiya üzrə fəlsəfə doktorları Əzizağa Nəcəfzadənin “Cavid lirikasında söz təkrarı”, Mehriban Əsədullayevanın “Hüseyn Cavidin poeziya dilinin bədii xüsusiyyətləri”, Nərgiz İsmayılovanın “Hüseyn Cavidin “İblis” və Joze Saramaqonun “İsanın incili” əsərlərində iblis surətləri”, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “Cavid yaradıcılığı beynəlxalq ədəbi-mədəni əlaqələr müstəvisində”, Könül Məhərrəmovanın “AMEA Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavid əsərlərinin nəşri məsələləri”, Aytən Əzimovanın “Hüseyn Cavid – ədəbiyyat və əbədiyyət günəşi”, Cəmilə Rzayevanın “AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda qorunan eksponatlar və onların xüsusiyyətləri” və s. məqalələr xüsusi maraq doğurur.

Qeyd edək ki, baş redaktoru Gülbəniz Babaxanlının olduğu toplunun elektron variantı tezliklə muzeyin www.huseyncavid.az veb-saytında yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: