www.science.az
26.10.2020 16:10

Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir

Ermənistanın hərbi əməliyyatlarda uşaqlardan istifadə etməsi onun bir dövlət kimi iflasının açıq-aşkar göstəricisidir.

Bunu Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Musa Qasımlı deyib.

Onun sözlərinə görə, qadınları, vəzifəli şəxsləri, 50-60 yaşlı adamları müharibəyə göndərən Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir:

"Ermənistanda demoqrafik böhran yaşanır. Həm əhalinin təbii artımı prosesi getmir, həm də insanlar Ermənistan dövlətinin gələcəyini görmədiklərindən ölkəni tərk edib gedirlər. Nəticədə orduya çağırmağa adam çatışmır. Ona görə də cinayət törədərək uşaqları hərbi əməliyyatlara cəlb edirlər. Həmin uşaqlar hərb meydanında öləndə isə erməni həyasızlığı ilə haray-həşir qoparırılar ki, guya Azərbaycan uşaqları hədəf alır. Bütün bunlar erməni riyakarlığının təsdiqidir".

MM üzvü hərbi əməliyyatlarda uşaqlardan istifadə edən Ermənistanın müharibə qanunlarını pozduğunu və cinayətkar ölkə olduğunu vurğulayıb.

M.Qasımlı əlavə edib ki, işğalçı ölkə müharibənin aparılmasına dair özünün də imzaladığı beynəlxalq konvensiyaları kobudcasına pozur və beynəlxalq birliyin iradəsinə hörmətsizlik edir:

"Bu davranışı ilə ağır hərbi cinayət törədərək məlum beynəlxalq konvensiyaları pozduğu üçün Ermənistan cinayət törədir və əməllərinə görə cavab verməlidir".

Qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə uşaqları müharibəyə cəlb edir.

“Trend.az”