Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub
26.10.2020 16:46
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın korrespondentliyi ilə müəssisənin elmi katibi, b.ü.f.d., dosent Durna Əliyevanın, beynəlxalq Proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarovun, dissertant Lalə Aydınlı və doktorant Aynurə Paşayevanın həmmüəllifi olduqları məqalə fotosintez tədqiqatları üzrə nüfuzlu beynəlxaq jurnal “Photosynthetica”da (IF=2,562) işıq üzü görüb.

 “Quraqlıq stresi və yenidən suvarma zamanı buğda genotiplərinin antioksidant statusu və fotosintez maşını” adlı məqalədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi (EİF-KETPL-2-2015-1(25)-56/35/3)) ilə həyata keçirilən və Cənubi Koreyanın Pusan Milli Universitetinin İnteqrativ Biologiya Elmi və Molekulyar Biologiya Departamentləri ilə əməkdaşlıq çərçivəsində aparılan elmi tədqiqat işinin nəticələri öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: