Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin eyni vaxtda orbitə bir neçə peyk çıxarıb
27.10.2020 14:49
  • A-
  • A
  • A+

Çin eyni vaxtda orbitə bir neçə peyk çıxarıb

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üzrə orbitə eyni vaxtda bir neçə peyk çıxarıb.

Peykləri orbitə çıxaran "Böyük yürüş-2C" (Long March-2C) raketinin buraxılışı Siçuan vilayətindəki Siçanq buraxılış məntəqəsindən oktyabrın 26-da gecə saat 23:19-da baş tutub. "Yaogan-30" ailəsindən olan peyklər planlaşdırılan orbitə çatıblar. Bu peyklər elektromaqnit mühitinin müəyyən olunması və müvafiq tədqiqatların aparılması üçün istifadə olunacaq.

Çin raket müşahidə peyklərindən başqa, məlumatların ötürülməsi üçün nəzərdə tutulan "Tiançi-6" peykini də orbitə çıxarıb.

Qeyd edək ki, bu, "Long March" seriyasından 350-ci raket buraxılışı olub.

  • Paylaş: