Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlər bir sıra xəstəliklərdə müşahidə olunan zülalları xarakterizə edən metod hazırlayıblar
28.10.2020 12:44
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər bir sıra xəstəliklərdə müşahidə olunan zülalları xarakterizə edən metod hazırlayıblar

Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və müəssisənin gənc alimi, dissertant Aytac Məmmədovanın həmmüəllifi olduqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatının “Biochemistry and Biophysics Reports” jurnalında çapa qəbul edilib. 

“ANS fluorescence: Potential to discriminate hydrophobic sites of proteins in solid states” adlı məqalədə ilk dəfə olaraq ANS (1-anilino-8-naphthalenesulfonate) molekulunun flüoressensiya xüsusiyyətlərindən istifadə etməklə zülalın bərk cisim halında hidrofob klasterlərini xarakterizə etməyin mümkünlüyü, eləcə də flüoressensiaya spektrlərinə bağlı olan yaşama müddətlərinin qiymətinin birbaşa ətraf mühitin hidrofobluq dərəcəsi ilə müəyyən olduğu göstərilib.

Tədqiqatın nəticələri göstərib ki, ANS-dən istifadə etməklə Altsheymer, Parkinson və prion xəstəliklərində müşahidə olunan quru və hidratasiya olunmuş zülal aqreqatlarını, amiloidləri xarakterizə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: