Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ali riyaziyyat” dərsliyi çap olunub
28.10.2020 14:08
  • A-
  • A
  • A+

“Ali riyaziyyat” dərsliyi çap olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, müəssisənin şöbə müdiri, professor Ramiz Aslanov və Bakı Dövlət Universitetinin (BDU) dosenti Sevda İsayevanın həmmüəllifliyi ilə “Ali riyaziyyat” dərsliyi çap olunub.

Dərsliyin elmi redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikovdur.

10 fəsil və 3 əlavədən ibarət dərslik Xətti cəbr və həndəsənin analitik elementləri, Riyazi analizə giriş, İnteqral hesabı, Çoxdəyişənli funksiyalar, sıralar, Kompleks ədədlər, Adi diferensial tənliklər, Xüsusi törəməli diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və Riyazi statistikanın elementləri bölmələrindən ibarətdir.

Kitab BDU-nun Kimya və Coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun yazılıb.

Dərslikdən riyaziyyat ixtisası üzrə təhsil alan və digər yaxın ixtisaslarda oxuyan tələbələr, eləcə də ali məktəblərin tələbələri və müəllimləri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: