Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Düşmənin raket hücumları xalqımızın iradəsini sındıra bilməz
29.10.2020 10:35
  • A-
  • A
  • A+

Düşmənin raket hücumları xalqımızın iradəsini sındıra bilməz

Oktyabrın 28-də erməni terrorçuları Bərdəyə növbəti raket hücumu etdilər. Dinc sakinlər arasında həlak olanlar və yaralananlar var. Düşmənin ağır artilleriya qurğuları vasitəsilə dinc əhalini hədəfə alması erməni ordusunun növbəti məğlubiyyətini ört-basdır etmək və orduda baş verən ruh düşkünlüyünü aradan qaldırmaq səbəbi idi.

Xain düşmən Gəncə, Mingəçevir, Kürdəmir, Ağcabədi, Bərdə kimi münaqişə zonasından uzaq ərazilərdə yaşayan insanları hədəf seçməklə onlarda qorxu, təlaş, inamsızlıq yaratmaq niyyətindədir. Əslində isə bu cür törədilən bəd niyyətli terror təxribatları insanlar arasında birliyə səbəb olur, əhalinin daha möhkəm, əzmli olmasına şərait yaradır. Düşmənlərimiz öz niyyətlərinə çata bilməyəcəklər, çünki onlar unudurlar ki, xalqımız və dövlətimiz yekdildir.

İnsanlığa sığmayan vandal aktlar törədən Ermənistan ordusu öz məğlubiyyəti ilə heç cür barışmaq istəmir. Lakin tezliklə bunun real olduğunu anlamalı olacaqlar. 

Özünə inam, məntiqi düşüncə, iti intellekt və ən başlıcası faktlara əsaslanma insana məxsus olan ən ali keyfiyyətlərdir. Azərbaycan xalqının bugünkü qələbəsinin başlıca səbəbi bu keyfiyyətləri özündə cəmləşdirən Ali Baş Komandan və yenilməz, nizami ordumuzun olmasıdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Milli Ordumuz bu gün Azərbaycanın yeni tarixini yazır, haqq yolunda tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu işğalda olan torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirir.

Prezidentimizin apardığı qətiyyətli siyasət, ordu quruculuğunda əldə etdiyi nailiyyətlər, dövlətimizin və xalqımızın birliyi sayəsində inanırıq ki, Azərbaycan bayrağı tezliklə Şuşada, Laçında dalğalanacaq. İşğalda olan Qarabağ torpaqları yağı düşmənin tapdağından azad olacaq. O günün çox yaxında olduğuna inanırıq.

Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Rəfiqə AĞAKİŞİYEVA, Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: