Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalq yazıçısının yaradıcılığında etnoqrafik dəyərlərimiz barədə kitab işıq üzü görüb
29.10.2020 11:00
  • A-
  • A
  • A+

Xalq yazıçısının yaradıcılığında etnoqrafik dəyərlərimiz barədə kitab işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Bahar Əmənovanın “Mənəvi mədəniyyətimiz Xalq yazıçısı Əli Vəliyevin yaradıcılığında (tarixi-etnoqrafiq tədqiqat)” adlı monoqrafiyası nəşr edilib.

Kitabda ilk dəfə olaraq Xalq yazıçısı Əli Vəliyevin əsərlərindən toplanan materiallar əsasında xalqımızın mənəvi mədəniyyətinin bir çox sahələri – bayramlarla bağlı mərasimlər, zəngin, çoxçalarlı adət-ənənələr, xalq yaradıcılığı nümunələri – bayatı, atalar sözü, məsəllər, inamlar, ovsunlar, alqış-qarğışlar, əfsanələr, habelə dini qaydalar, qonaqpərvərlik, musiqi, oyun-əyləncələr, xalq təbabəti kimi məsələlər tarixi etnoqrafik araşdırmaya cəlb edilirərək, ətraflı şəkildə təsvir və təhlil olunur.

Əsərin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Bünyadov qeyd edir ki, tədqiqatda Qarabağ bölgəsinin tarixən Azərbaycanın musiqi sənətinin mərkəzlərindən biri olması etnoqrafik faktlarla göstərilir. Əsərdə toplanan materiallar əsasında Qarabağ əhalisi arasında mövcud olan musiqi sənəti, musiqi alətləri (tütək, qara zurna və s.) haqqında geniş məlumat verilir.

Əsərin elmi rəyçiləri filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Babayev və tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Əliyevdir.

Kitab etnoqraflar, folklorşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: