Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun laboratoriyaları hesabat verib
29.10.2020 14:55
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun laboratoriyaları hesabat verib

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə baş tutan tədbiri müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq qurumun nəzdindəki Biomolekulların strukturu, dinamikası və funksiyası, Ekoloji biofizika, Molekulyar və hüceyrə biokimyası, İnteqrativ biologiya və Molekulyar və hüceyrə onkologiyası laboratoriyalarının 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında illik hesabatları dinlənilərək təsdiq olunub.

Sonra Biofizika İnstitutunun elmi işçisi, dissertant Arzu Aydəmirovanın fəlsəfə doktorluğu dissertasiyasında edilmiş dəyişiklikliyə uyğun olaraq ikinci elmi rəhbərin təyin olunması haqqında məsələ müzakirəyə çıxarılıb. Şura üzvlərinin qərarına əsasən, ikinci elmi rəhbər AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA Rəyasət Heyətinin üzvü v.i.e., akademik Cəmil Əliyev təyin edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: