Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Müzəffər Ali Baş Komandan tarix yazdı
10.11.2020 14:00
  • A-
  • A
  • A+

Müzəffər Ali Baş Komandan tarix yazdı

Təşəkkürlər, Müzəffər Ali Baş Komandan! Tarix yazdın ordu generalı, sevimli Prezidentimiz İlham Əliyev.

Vətən müharibəsi - İkinci Qarabağ savaşı başa çatdı. Ermənilər təslim oldu. İşğalçı Ermənistan 30 ildə yerinə yetirmədiyi öhdəliyi 20 gün ərzində yerinə yetirəcək.

Bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Vüqar Əhməd bildirib.

O qeyd edib ki, Laçın, Kəlbəcər və Ağdam rayonları siyasi yolla qaytarılır. Status, filan verilmir. Naxçıvanla quru yol əlaqəsi yaradılacaq. Düşməni diz çökdürdün Müzəffər Ali Baş Komandan. Var ol, Azərbaycan Prezidenti! Var ol Azərbaycan əsgəri! Türk dünyasının gözü aydın! Azərbaycan dünyasının gözü aydın!

Vüqar Əhməd deyib: “Müzəffər Ali Baş Komandan imzaladığı sənədlə bütün erməniləri çıxılmaz vəziyyətə salıb. Ermənistanda aləm bir-birinə dəyib. Qələbəmiz mübarək! Qarabağ Azərbaycandır!

Şuşa bayatımdır, Şuşa muğamım,

İlham Heydər oğlu - səndin gümanım,

100 illik Qələbə gətirdin bizə,

Səadət bəxş etdin ellərimizə.

Cənnət bağındayam, Qarabağdayam,

Azərbaycan adlı Qarabağdayam!”

“AzərTac”

  • Paylaş: