Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Təbiətə və ekologiyaya qarşı təcavüz
12.11.2020 14:44
  • A-
  • A
  • A+

Təbiətə və ekologiyaya qarşı təcavüz

Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi nəticəsində Azərbaycanın ətraf mühiti və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı hədsiz dərəcədə böyükdür. Onun təbii sərvətlər və xüsusilə bitki ehtiyatları ermənilər tərəfindən amasızcasına talan edilmişdir.

İşğal altında olan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talanan meşələrdir. Bu ərazilərdə 280 min ha meşə sahəsi mövcud idi. Onun 13197.5 ha qiymətli ağac növləri ilə zəngin meşələrdir. Ermənistana xaricdən gələn ermənilər Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və digər yerlərdəki qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satıb.

Azərbaycan meşələrində yayılmış 460 növdən çox yabanı ağac və kol növlərindən 95 ağac (Azərbaycanda 107 növ), 290 kol və 19 yarımkol növü Kiçik Qafqazın mərkəzi və cənubunda yerləşən Dağlıq Qarabağ və ona bitişik ərazilərdə olan meşələrdə yayılmışdır. Burada yayılmış Şərq çinarı, Giləmeyvə, Qaraçöhrə, Ayı fındığı, Araz palıdı, Yalan qoz, Dağdağan, Saqqızağacı kimi relikt növlərlə yanaşı, nadir Adi nar, meşə üzümü, Buase armudu, Pirkal, Şümşə, Eldar şamı, Adi xurma, Söyüdyarpaq armud kimi nadir növlər uzun müddət qorunub saxlanılmasına baxmayaraq, çox güman bu gün mənfur ermənilərin iyrənc əməlləri nəticəsində məhv olunub silinmək təhlükəsindədir.

Təbiət saysız-hesabsız əsrarəngiz gözəlliyi olan nadir abidələrin müəllifidir. Zaman keçdikcə onların bir qismi dəyişir, amma məhv olmur, nəsildən-nəsilə keçərək əsrlərin yadigarı olur. Ətrafında olanların diqqətini cəlb edir.

Təbii bitki sərvətləri arasında ən maraqlı və mühüm estetik, elmi və əməli əhəmiyyət kəsb edən, öz bənzərsiz və cəlbedici zahiri görünüşü ilə bəzən səhradakı gülə bənzəyən, öz məğrurluğu ilə ətrafındakılara meydan oxuyan, füsunkar əzaməti ilə təbiətə gözəllik verən bitki abidələridir. Onlar arasında Qarabağ ərazisində geniş yayılmış Şərq çinarı, dağdağan, saqqızağacı, təbiət abidələri xüsusən əhəmiyyət kəsb edir. Bu təbiət abidələri yaşadığı dövrdə yerin dərinliklərində, səthində, atmosferdə baş verən təbii proseslərin canlı şahidləridir, yerin inkişaf tarixini, xüsusilə onların yaşadığı ərazidə iqlim dəyişilmələrinin necə getməsi haqqında əhəmiyyətli məlumatların daşıyıcılarıdır. Orta məktəbin botanika dərslərində ağac bitkilərinin gövdələrindəki həlqələrin onun yaşını göstərməsi haqqındakı məlumat hamıya məlumdur. Lakin müasir tədqiqat üsulları və avadanlıqları onların yaşadığı dövrlərdə təbiətdə gedən dəyişilmələri, bitkiyə təsir edən amilləri, ekoloji şəraiti və s. haqqındakı məlumatı oxumağa imkan verir. 

İşğal edilmiş ərazilərdə hündürlüyü 45 m. dimatri 6-8 m, yaşı 120 ildən 2600 ilədək olan pasportlaşdırılmış 145 şərq çinarı, 3 dağdağan, 1 azad ağacı, 1 armud, 1 palıd və 3 saqqız ağacı təbiət abidəsi kimi qorunub saxlanılırdı. Cəbrayıl rayonunda 9 çinar eni 60-800 sm., hündürlüyü 19-45 m, ömrü 300-2600 il olan (Cəbrayıl şəhəri – 250-30-500; Hacılı kəndi – 350-30-700; 800-45-750; Karxulu 90-25-200; Fuqanlı 450-30-900; 370-30-750; Horuvlu kənd – 400 -255-800; İsaxlı – 400-25-800; Xələfli kənd – 60-19-300); Ağdam rayonu – 90-800, h. 25-40; Y-100-1600 (Ağdam şəhəri, 2 ədəd – 90-25-250; 90-25-100; Şelli kəndi – 90-25-200; Seyidli – 800-40-1600; Sarıhacılı – 120-28-200; Əliağaclı – 160-26-200; Bəyəhmədli – 220-25-400); Zəngilan rayonu:– Mincivan qəsəbəsi – 50-20-120 (3 ədəd); – 100-30-300 (1 ədəd); Ördəkli kəndi – 80-12-120; Dağdağan ağacı: – 80-15-250 (2 ədəd); 50-8-250 (3 ədəd); Qubadlı rayonu:– 80-12-160 (2 ədəd); Saqqız ağacı – 150-20-300 (1 ədəd); 90-30-300 (2 ədəd); Şərq çinarı – Ködəklər kəndi - 80-28-150; Xanlıq kəndi – 800-40-1600 (3 ədəd); Zilanlı kəndi – 150-35-300 (3 ədəd); Laçın rayonu: Həkəri çayının sağ sahili. şərq çinarı – 210-26-100; Malxələfli kəndi – 220-22-250 (8 ədəd); Zubux kəndi – 210-250-400 (3 ədəd); Xocavənd rayonu: Xocavənd şəhəri – 600-25-1000; Qırmızı Bazar qəsəbəsi: 600-25-2000; Füzuli rayonu: şərq çinarı – İşıqlı kəndi – 250-250-500; Dədəlin kəndi: – 450-25-900; Mandilli kəndi – 150-40-300 (5 ədəd); 180-45-400; Böyük Bəhmənli kəndi: 100-20-200; Seyid əhmədli – 250-25-550; 520-30-1400; 180-45-400 qeydə alınmışdır.

Çox təəssüflər olsun ki, bunların çoxunun nəyə məruz qalmasını hələlik dəqiq deyə bilmərik.

Bu abidələrin yerləşdiyi ərazilərdə xüsusi mühafizə qaydaları tətbiq edilərək qorunurdu. Bu pasportlaşdırılmış təbiət abidələrinin əksəriyyəti haqqında məlumatımız yoxdur. Son məlumata görə Ağdam şəhərində yaşı 150-250 il olan 6, Şelli, Seyidli, Sarıhacılı, Əliağa kəndləri ərazisində olan yaşı 100-250 il olan 8, Böyük Bəhmənli kəndi ətrafında olan yaşı 400 il 7 ədəd şərq çinarı məhv edilmişdir.

Misilsiz gözəlliyi ilə insanlığı məftun edən, dünyada analoqu olmayan təbiət abidələrindən biri də Kiçik Qafqazın cənubunda, Zəngilan rayonu ərazisində yerləşən 117 ha ərazisi olan təbii çinar meşəsidir. Onun 107 hektarı 1974-cü ildə Bəsitçay Dövlət Qoruğuna verilmişdir. Burada yaşı 100-200 il, diametri 80-120 sm, hündürlüyü 25-30 m olan çox miqdarda nümunələri var. Bu çinar meşəsinin bir hissəsi ağaclardan təmizlənərək ermənilərin hərbi hissəsi yerləşdirilmişdir. Zəngilanın Rəzdərə və Muqanlı kəndləri ətrafındaki meşələrdə isə ağac emalı zavodları tikilərək çinar, qırmızı palıd ağacları kökündən çıxarılaraq mebel istehsal edilmiş və çox hissəsi isə yarımfabrikant şəklində xarici ölkələrə satılmışdır.

Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütünlüklə ekologiyaya vurduğu terrorist hərəkətdir. Bunu yalnız təbiətə, ekologiyaya qarşı soyqırım adlandırmaq olar.

Biz bioloqlar və aidiyyəti olan təşkilatlar tezliklə bu abidələrin müasir vəziyyətini araşdırmalı, erməni təcavüzkarlarının onlara vurduqları yaraların sağaldılmasına, onlara yeni həyat vəsiqəsi verilməsinə çalışmalıyıq.

Eldar NOVRUZOV, AMEA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: