Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Mətbuat və informasiya şöbəsinin açıqlaması
16.11.2020 17:51
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin açıqlaması

Noyabrın 15-də mətbuatda yayılan məlumatlara əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın imzası ilə bir sıra xəbər saytlarında yayımlanmış “İlham Əliyev və Mehriban xanım Əliyeva birliyi dünya üçün nümunədir” (28 oktyabr 2020-ci il), “Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha – Heydər Əliyev” (30 oktyabr 2020-ci il) və “Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir” (2 noyabr 2020-ci il) məqalələrinin plagiat olduğu qeyd olunmuşdur. Bu səbəbdən AMEA rəhbərliyinin tapşırığına əsasən, dərhal araşdırmalara başlanmış və plagiat faktı təsdiqini tapmışdır. Akademiya rəhbərliyi məsələnin təfərrüatları barədə məlumatlandırılmışdır. Qeyd olunmuşdur ki, Sevil Zülfüqarovanın bu cür hərəkəti AMEA-nın nüfuzuna xələl gətirir. Akademiya rəhbərliyi tərəfindən adı çəkilən məsələnin AMEA Rəyasət Heyətinin növbəti iclasında baxılmasına və müvafiq tədbirin görülməsinə dair qərar verilmişdir.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

AMEA rəhbərliyi və Rəyasət Heyətinin üzvləri adından ictimaiyyəti əmin edirik ki, bundan sonra da plagiat hallarına qarşı zəruri tədbir görüləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: