www.science.az
20.11.2020 15:03

Altsheymer xəstəliyinin yeni diaqnostika üsulu tapılıb

Sedars-Sinay Tibb Mərkəzinin mütəxəssisləri gözün torlu qişasını müayinə etməklə Altsheymer xəstəliyinin yeni diaqnostika üsulunu yaradıblar.

Mütəxəssislər Altsheymer xəstəliyindən dünyasını dəyişmiş xəstələrin gözün torlu qişasında beta-amiloid elementlərinə rast gəlib. Eynin zamanda bu elemetlərin miqdarı ilə simptomlar arasında xüsusi əlaqə tapılıb. Tədqiqatçılar bu elementləri xəstəni həyatda olarkən aşkar edilə biləcəyini öyrənməyə qərar verib.

Gazeta.ru saytının verdiyi xəbərə görə, mütəxəssislər 40 yaşdan yuxarı insanların gözün torlu qişasını analiz edib. Analiz görüntülərini araşdırarkən, alimlər gözün torlu qişasında amiloid zülallarının yığılmasını aşkar edib, bu da Altsheymer xəstəliyinin inkişaf ehtimalını daha yüksək edir. Tədqiqatçılar yeni məlumatların simptomları ortaya çıxmadan əvvəl, altsheymer diaqnozu metodlarını inkişaf etdirməyə kömək edəcəyinə ümid edir.