Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Karbon qazının əldə edilməsi və saxlanması” texnologiyası üzrə yay məktəbi keçiriləcək
29.12.2014 00:00
  • A-
  • A
  • A+

“Karbon qazının əldə edilməsi və saxlanması” texnologiyası üzrə yay məktəbi keçiriləcək

13-17 iyul 2015-ci il tarixlərdə İtaliyanın “Sotacarbo” Karbon Tədqiqatlar Mərkəzində ENEA (Yeni texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə İtaliya Milli Agentliyi), Cagliari Universiteti (Maşın Mühəndisliyi, Kimya və materialları şöbəsi) və “Sotacarbo"nun təşkilatçılığı ilə III Sulcis CCS Yay Məktəbi keçiriləcək.

CCS Sulcis Yay Məktəbi bu gün atmosferə karbon tullantılarının azaldılması kimi vacib olan bir mövzu ətrafında yaranan bütün sualları ətraflı müzakirə etmək məqsədi daşıyır.

Dünyada ideal sınaq laboratoriyalarından olan Sulcis hövzəsi ekoloji risk olmadan karbon qazının saxlanması üçün böyük potensiala malikdir. Sulcis CCS Yay Məktəbi dünya üzrə mühəndis, geo-texnologiyalar və sosial-iqtisadi sahələrdə təcrübəsi olan 40 tələbə üçün açıq olacaq.

Mühazirə proqramı karbonun əldə edilməsi, nəqli və geoloji saxlanmasınının inkişaf texnologiyalarını əhatə edəcək.

Qeyd edək ki, dərslər praktiki təlim ilə birgə keçiriləcək. Qeydiyyatdan keçmiş bütün tələbələr CCS-də xüsusi təlim proqramına qoşulmaq üçün ENEA İKT Texnika Elmləri Bölməsinin elektron təhsil platformasına (http://elearning.enea.it) daxil olmalıdırlar.

Daha ətraflı məlumat əldə etmək üçün www.sulcisccssummerschool.itwww.sotacarbo.it saytlarına daxil olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: