Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2020 10:54
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər beynəlxalq konfransın sertifikatına layiq görülüblər

Azərbaycanlı alimlər beynəlxalq konfransın sertifikatına layiq görülüblər

Rusiyanın Sankt-Peterburq şəhərində “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda VIII beynəlxalq onlayn elmi praktiki konfrans keçirilib.

Tədbir Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti, Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və “İnformasiya cəmiyyətində fəlsəfə və humanitar elmlər” jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans müasir cəmiyyətin fəlsəfi, sosioloji, psixoloji və politoloji aspektlərinin tədqiqi təcrübəsinin öyrənilməsinə həsr olunub.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Yaşıl informasiya sistemləri və texnologiyaları davamlı inkişafın mühüm komponenti kimi”, həmin müəssisənin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Sivilizasiyaların dialoqu və kommunikasiyası müasir fəlsəfi problem kimi” və böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov “Qloballaşma dövründə davamlı inkişaf və milli sosial-ekoloji siyasət” mövzusunda məruzələrlə çıxış ediblər.

Yekunda azərbaycanlı alimlərin məruzələri konfransın materiallarında dərc olunub və onlara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: