Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunda dezinfeksiya işləri aparılıb
01.12.2020 11:19
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda dezinfeksiya işləri aparılıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə müəssisənin nəzarət-buraxılış məntəqəsi, binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq məhdud sayda əməkdaşlar işə cəlb edilib. Həmçinin işçilər müəssisəyə tibbi maska ilə buraxılır, bədən hərarətləri ölçülür, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: