Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan seysmoloqları cəbhədə şücaət göstəriblər
01.12.2020 14:06
  • A-
  • A
  • A+

Azərbaycan seysmoloqları cəbhədə şücaət göstəriblər

30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin 5 əməkdaşı – mayor Gəray Əsədov, leytenat Sadiq Hacıyev, əsgərlər Mahir Ağazadə, Elsəvər Rəhimov və Sərvət Qurbanzadə də iştirak ediblər. İlk günlərdən ordu sıralarına qatılan mərkəzin əməkdaşları cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi fəallıq göstərərək, qəhrəmancasına vuruşublar.

Leytenat Sadiq Hacıyev Cəbrayıl, Qubadlı, Zəngilan rayonları uğrunda gedən ağır döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində iki gün eşitmək və danışıq qabiliyyətini itirib. Ancaq buna baxmayaraq, döyüşlərə davam edib. Hazırda Şuşada hərbi xidmətini davam etdirir.

RSXM-nin digər əməkdaşları da Vətən müharibəsində xüsusi şücaət göstəriblər. Eyni zamanda seysmoloqların arasında övladları şəhid olan əməkdaşlar da var. Vətən uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik!

Qeyd edək ki, Azərbaycan Seysmoloqlar Assosasiyası İctimai Birliyi tərəfindən ordumuza dəstək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülüb. Həmçinin cəbhədə olan əməkdaşların ailələrinə maddi yardım göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: