Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyatçı alimlərin məqaləsi beynəlxalq jurnalda çap olunub
02.12.2020 10:22
  • A-
  • A
  • A+

Riyaziyyatçı alimlərin məqaləsi beynəlxalq jurnalda çap olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun və müəssisənin baş elmi işçisi, professor Ramiz Aslanovun həmmüəllifi olduğu "Moral and Spiritual Values in Works of Nasreddin Tusi" adlı məqalə “Clarivate Analytics” bazasına daxil olan “ARPHA Proceedings” jurnalında işıq üzü görüb.

Məqalədə dahi Azərbaycan astranomu, riyaziyyatçısı, filosofu, pedaqoqu və maarifçisi Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” və “Müəllimlərin və təhsil alanların əxlaqı qaydaları” adlı əsərlərində bir sıra əxlaqi və mənəvi baxışları tədqiq olunur. Əsərdə Nəsrəddin Tusinin müasir pedaqoji fikir tarixində, xüsusilə də şəxsiyyətin inkişafı və ona təsir edən tərbiyə nəzəriyyələri sahəsində rolu müəyyən olunub. Onun fəlsəfi əsaslar və mənəvi təmizlik, uşaqların tərbiyəsi və ailə başçısı kimi, ölkənin sülhməramlı və siyasi idarəçiliyi haqqında fikirləri məşhurdur. 

Dərin elmi tədqiqatlara əsaslanan fikirlər prosesində müəlliflər oxucunu belə bir nəticəyə yönəldir ki, N.Tusi hər bir elm sahəsinin baza əsasını müəyyən edərək bu amillərin tərbiyə nəzəriyyəsində əksini tapmasına xüsusi diqqət yetirir. Müəlliflər gənc nəslin formalaşmasında əxlaqi və mənəvi dəyərlərin rolunu və mahiyyətini təhlil edərək müasir dövrdə onun vacibliyini xüsusi qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: